قُلۡ هَلۡ أُنَبِّئُكُم بِشَرّٖ مِّن ذَٰلِكَ مَثُوبَةً عِندَ ٱللَّهِۚ مَن لَّعَنَهُ ٱللَّهُ وَغَضِبَ عَلَيۡهِ وَجَعَلَ مِنۡهُمُ ٱلۡقِرَدَةَ وَٱلۡخَنَازِيرَ وَعَبَدَ ٱلطَّٰغُوتَۚ أُوْلَٰٓئِكَ شَرّٞ مَّكَانٗا وَأَضَلُّ عَن سَوَآءِ ٱلسَّبِيلِ ٦٠
Qul hal unabbi'ukum bisharrim min dhālika mathūbatan 'indallāhi mal la'anahullāhu waghadiba 'alayhi waja'ala minhumul-qiradata wal-khanāzīra wa'abadat-tāghūta ulā'ika sharrum makānan wa adallu 'an sawā'is-sabīl
De: “Allah yanında cəza etibarilə bundan daha pisini sizə xəbər verimmi? (Bu,) Allahın lənətlədiyi, qəzəbləndiyi, onlardan bəzilərini meymunlara, donuzlara və tağuta ibadət edənlərə çevirdiyi kəslərdir. Onlar, yeri daha pis olan və doğru yoldan daha çox azanlardır!”
Təfsir
Ey Peyğəmbər! De: "Cəza etibarilə bundan daha çox ayıb tutulmağa və daha şiddətli əzaba olanı sizə xəbər verimmi? Bu, Allahın Öz rəhmətindən qovduğu və qəzəbinə düçar olduğu, özlərini meymunlara və donuzlara döndərdiyi, üstəlik, tağuta ibadət edənlərə çevirdiyi ata-babalarıdır. Tağut: Allahdan başqa ibadət olunan və o da ona olunan ibadətdən razı qalan hər bir şeyə deyilir. Belə kimsələr, Qiyamət günü yeri daha pis olan və doğru yoldan daha çox azanlardır!"