Al-Ma'idah surəsi, ayə 61

5:61

وَإِذَا جَآءُوكُمۡ قَالُوٓاْ ءَامَنَّا وَقَد دَّخَلُواْ بِٱلۡكُفۡرِ وَهُمۡ قَدۡ خَرَجُواْ بِهِۦۚ وَٱللَّهُ أَعۡلَمُ بِمَا كَانُواْ يَكۡتُمُونَ ٦١

Wa idhā jā'ūkum qālū āmannā waqad dakhalū bil-kufri wahum qad kharajū bihī wallāhu a'lamu bimā kānū yaktumūn

Onlar (münafiqlər) sizin yanınıza gəldikdə: “Biz iman gətirdik!”– deyirlər. Halbuki (sizin yanınıza) küfrlə girmiş, küfrlə də çıxıb getmişlər. Allah onların gizlətdiklərini daha yaxşı bilir.

Təfsir

Ey Möminlər! Münafiqlər sizin yanınıza gəl­dikdə, onlardan bəziləri qəlblərindəki nifaq üzündən sizə özlərinin iman gətirdiklərini büruzə verirlər. Amma həqiqət budur ki, onlar sizin ya­nı­nıza girdikdə də, sizin yanınızdan çıxdıqda da, küfrlə girib elə küfrlə də çıxmışdılar. Allah onların sizə özlərini iman əhli kimi göstərib, qəlblərində isə küfrü giz­lətdik­lə­rini daha yaxşı bilir və onlara bu əməllərinin cəzasını verəcəkdir.