Al-Ma'idah surəsi, ayə 59

5:59

قُلۡ يَٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ هَلۡ تَنقِمُونَ مِنَّآ إِلَّآ أَنۡ ءَامَنَّا بِٱللَّهِ وَمَآ أُنزِلَ إِلَيۡنَا وَمَآ أُنزِلَ مِن قَبۡلُ وَأَنَّ أَكۡثَرَكُمۡ فَٰسِقُونَ ٥٩

Qul yā'ahlal-kitābi hal tanqimūna minnā illā an āmannā billāhi wamā unzila ilaynā wamā unzila min qablu wa anna aktharakum fāsiqūn

De: “Ey Kitab əhli! Yalnız Allaha, bizə nazil edilənə və bizdən əvvəl nazil edilənlərə iman gətirdiyimizə görəmi bizdən xoşunuz gəlmir?! Şübhəsiz ki, sizin əksəriyyətiniz fasiq olan kimsələrdir.

Təfsir

Ey Peyğəmbər! İstehza edən Kitab əhlinə de: "Siz bizi Alla­ha, bizə nazil edilənə və biz­dən əvvəl na­zil edilən­lə­rə iman gətirdiyimiz üçün və si­zin əksəriyyə­ti­ni­zin Allaha imanı və Onun əmrlərinə tabe olmağı tərk edib, Allaha itaət etməkdən xaric olduğunuza inandığımıza görə bizə eyib edirsiniz? Sizin bizə eyibiniz, bizim üçün məzəmmət deyil, əksinə bu bizə şərəfdir".