۞ يَٰٓأَيُّهَا ٱلرَّسُولُ لَا يَحۡزُنكَ ٱلَّذِينَ يُسَٰرِعُونَ فِي ٱلۡكُفۡرِ مِنَ ٱلَّذِينَ قَالُوٓاْ ءَامَنَّا بِأَفۡوَٰهِهِمۡ وَلَمۡ تُؤۡمِن قُلُوبُهُمۡۛ وَمِنَ ٱلَّذِينَ هَادُواْۛ سَمَّٰعُونَ لِلۡكَذِبِ سَمَّٰعُونَ لِقَوۡمٍ ءَاخَرِينَ لَمۡ يَأۡتُوكَۖ يُحَرِّفُونَ ٱلۡكَلِمَ مِنۢ بَعۡدِ مَوَاضِعِهِۦۖ يَقُولُونَ إِنۡ أُوتِيتُمۡ هَٰذَا فَخُذُوهُ وَإِن لَّمۡ تُؤۡتَوۡهُ فَٱحۡذَرُواْۚ وَمَن يُرِدِ ٱللَّهُ فِتۡنَتَهُۥ فَلَن تَمۡلِكَ لَهُۥ مِنَ ٱللَّهِ شَيۡـًٔاۚ أُوْلَٰٓئِكَ ٱلَّذِينَ لَمۡ يُرِدِ ٱللَّهُ أَن يُطَهِّرَ قُلُوبَهُمۡۚ لَهُمۡ فِي ٱلدُّنۡيَا خِزۡيٞۖ وَلَهُمۡ فِي ٱلۡأٓخِرَةِ عَذَابٌ عَظِيمٞ ٤١
Yā'ayyuhar-rasūlu lā yahzunkal-ladhīna yusāri'ūna fil-kufri minal-ladhīna qālū āmannā bi afwāhihim walam tu'min qulūbuhum waminal-ladhīna hādū sammā'ūna lil-kadhibi sammā'ūna liqawmin ākharīna lam ya'tūka yuharrifūnal-kalima mim ba'di mawādi'ihī yaqūlūna in ūtītum hādhā fakhudhūhu wa il lam tu'tawhu fahdharū waman yuridillāhu fitnatahū falan tamlika lahū minallāhi shay'an ulā'ikal-ladhīna lam yuridillāhu an yutahhira qulūbahum lahum fid-dunyā khizyun walahum fil-ākhirati 'adhābun 'azīm
Ey Rəsul! Qəlbləri iman gətirmədiyi halda ağızları ilə: “İman gətirdik!”– deyən kimsələrdən və yəhudilərdən küfrə can atanların (halı) səni kədərləndirməsin. Onlar yalanı həvəslə dinləyir, həm də sənin yanına gəlməyən başqa bir camaata həvəslə qulaq asırlar. Bunlar haqqı bildikdən sonra kəlmələrin yerlərini dəyişdirib (onlara) deyirlər: “Əgər sizə bu (dəyişdirilən hökm) verilsə, onu götürün. Yox əgər o verilməsə, (ondan) çəkinin!” Allah kimi fitnəyə salmaq istərsə, sən ondan ötrü heç bir şeylə Allaha mane ola bilməzsən. Onlar, Allahın, qəlblərini təmizləmək istəmədiy kimsələrdir. Onlar üçün dünyada rəzillik, axirətdə isə böyük bir əzab vardır.
Təfsir
Ey Peyğəmbər! Qəlblərində küfrü gizlədib, zahirdə isə özlərinin iman gətirdiklərini göstərərək, səni qəzəbləndirmək üçün küfr əməllər etməyə can atan münafiqlərin və yəhudilərdən öz böyüklərindən yalanı dinləyib, bunu qəbul edib, sənə üz çevirərək sənin yanına gəlməyən başçılarına təqlid edənlərin halı səni kədərləndirməsin. Onlar Tövratdakı Allahın kəlamının öz havalarına uyğun olaraq dəyişdirib onlara tabe olanlara deyirlər: "Əgər Muhəmmədin hökmü sizin istəyinizə müvafiq olsa, ona tabe olun. Yox əgər istəyinizə müvafiq olmasa, ondan çəkinin!" Ey Peyğəmbər! Allah insanlardan kimi azdırmaq istərsə, sən kiminsə onu azğınlıqdan çıxarıb, haqq yoluna yönəldən tapa bilməzsən. Yəhudilərdən və münafiqlərdən bu sifətlərə sahib kimsələr, məhz Allah onların qəlblərini küfrdən təmizləmək istəmdiyi kimsələrdir. Onlar üçün dünyada rəzillik və ar, axirətdə isə böyük bir əzab, cəhənnəm əzabı vardır.