Al-Ma'idah surəsi, ayə 119

5:119

قَالَ ٱللَّهُ هَٰذَا يَوۡمُ يَنفَعُ ٱلصَّٰدِقِينَ صِدۡقُهُمۡۚ لَهُمۡ جَنَّٰتٞ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۖ رَّضِيَ ٱللَّهُ عَنۡهُمۡ وَرَضُواْ عَنۡهُۚ ذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ ١١٩

Qālallāhu hādhā yawmu yanfa'us-sādiqīna sidquhum lahum jannātun tajrī min tahtihal-anhāru khālidīna fīhā abadar radiyallāhu 'anhum waradū 'anhu dhālikal-fawzul-'azīm

Allah buyuracaq: “Bu, doğru danışanlara doğruluqlarının fayda verəcəyi gündür! Onlar üçün (ağacları və qəsrləri) altından çaylar axan və içində əbədi qalacaqları cənnətlər vardir”. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu, böyük uğurdur.

Təfsir

Allah İsaya - aleyihssəlam - dedi: "Bu, doğru da­nışan­la­ra niyyətlərinin, əməllərinin və sözlərinin doğruluqları fay­da ve­rəcəyi bir gün­dür! On­ları ağacları və qəsrləri altından çay­lar axan, için­də əbədi qala­caq­ları Cən­nətlər gözləyir. Onlar orada ölməzlər. Allah on­­lardan razı­dır, heç vaxt onlara qəzəblənməz. Onlara əbəbi nemətlər bəxş etdiyi üçün onlar da Allahdan razıdır­lar. Bu, mükafat və razılıq, heç bir uğurun ona bərabər ola bilməyəcəyi böyük uğur­dur.