Al-Ma'idah surəsi, ayə 105

5:105

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ عَلَيۡكُمۡ أَنفُسَكُمۡۖ لَا يَضُرُّكُم مَّن ضَلَّ إِذَا ٱهۡتَدَيۡتُمۡۚ إِلَى ٱللَّهِ مَرۡجِعُكُمۡ جَمِيعٗا فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ١٠٥

Yā'ayyuhal-ladhīna āmanū 'alaykum anfusakum lā yadurrukum man dalla idhahtadaytum ilallāhi marji'ukum jamī'an fayunabbi'ukum bimā kuntum ta'malūn

Ey iman gətirənlər! Öz qeydinizə qalın! Siz doğru yolda olsanız, (haqq yoldan) azmış kimsə sizə zərər yetirə bilməz. Hamınızın dönüşü Allahadır və O, etdiyiniz əməllər barədə sizə xəbər verəcəkdir.

Təfsir

Ey iman gətirənlər! Saleh əməl etməklə öz nəfslərinizin qeydinə qalın! Siz doğru yol­da ol­sanız, insanlardan haqq yoldan azan və sizin dəvətinizə cavab verməyənlər sizə zərər yetirə bilməz­lər. Başqalarına yaxşılığı əmr edib, pislikdən çəkindirməniz haqq yolda olmanızın əlamətindəndir. Qiyamət günü dönüşünüz tək Allahadır. Allah dünyada ikən et­di­yiniz əməlləri sizə bildirəcək və etdiyiniz əməllərin mükafatını sizə verəcəkdir.