فَوَجَدَا عَبۡدٗا مِّنۡ عِبَادِنَآ ءَاتَيۡنَٰهُ رَحۡمَةٗ مِّنۡ عِندِنَا وَعَلَّمۡنَٰهُ مِن لَّدُنَّا عِلۡمٗا ٦٥
Fawajadā 'abdam min 'ibādinā ātaynāhu rahmatam min 'indinā wa'allamnāhu mil ladunnā 'ilmā
Onlar (orada) Öz tərəfimizdən mərhəmət bəxş etdiyimiz və elm öyrətdiyimiz qullarımızdan birinə rast gəldilər.
Təfsir
Musa və onun xidmətçisi Yuşə ibn Nun balığı itirdikləri yerə çatdıqda, onlar orada saleh qullarımızdan biri olan Xızıra - aleyhissəlam - rast gəldilər. Biz ona Öz tərəfimizdən mərhəmət bəxş etdik və ona insanların bilmədikləri bir elm öyrətdik. O da, bu hekayətin ehtiva etdiyi məsələdir.