Al-Kahf surəsi, ayə 64

18:64

قَالَ ذَٰلِكَ مَا كُنَّا نَبۡغِۚ فَٱرۡتَدَّا عَلَىٰٓ ءَاثَارِهِمَا قَصَصٗا ٦٤

Qāla dhālika mā kunnā nabghi fartaddā 'alā āthārihimā qasasā

(Musa:) “Elə istədiyimiz də bu idi!”– dedi. Sonra onlar öz ləpirlərinin izinə düşüb geri qayıtdılar.

Təfsir

Musa - aleyhissəlam - öz xidmətçisinə dedi: "Elə istədiyimiz də bu idi, bu görüşəcəyimiz saleh qulun olduğu yerin əlamətidir!"– dedi. Sonra onlar gəldikləri yolu itirməmək üçün qayanın yanına qədər eyni yol ilə öz lə­pir­­lərinin izinə düşüb ge­ri qayıtdılar. Oradan da balığın dənizə girdiyi yerə geri döndülər.