Al-Kahf surəsi, ayə 50

18:50

وَإِذۡ قُلۡنَا لِلۡمَلَٰٓئِكَةِ ٱسۡجُدُواْ لِأٓدَمَ فَسَجَدُوٓاْ إِلَّآ إِبۡلِيسَ كَانَ مِنَ ٱلۡجِنِّ فَفَسَقَ عَنۡ أَمۡرِ رَبِّهِۦٓۗ أَفَتَتَّخِذُونَهُۥ وَذُرِّيَّتَهُۥٓ أَوۡلِيَآءَ مِن دُونِي وَهُمۡ لَكُمۡ عَدُوُّۢۚ بِئۡسَ لِلظَّٰلِمِينَ بَدَلٗا ٥٠

Wa idh qulnā lil-malā'ikatisjudū li'ādama fasajadū illā iblīsa kāna minal-jinni fafasaqa 'an amri rabbihī afatattakhidhūnahū wadhurriyyatahū awliyā'a min dūnī wahum lakum 'aduwwu bi sa liz-zālimīna badalā

Bir zaman Biz mələklərə: “Adəmə (hörmət əlaməti olaraq) səcdə edin!”– demişdik. İblisdən başqa hamısı səcdə etdi. O (İblis) cinlərdən idi. O, Rəbbinin əmrinə boyun əymədi. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və onun zürriyyətini özünüzə dostmu tutursunuz?! Zalımlar üçün bu necə də pis bir mübadilədir!

Təfsir

Ey Peyğəmbər! Yadına sal ki, Biz bir zaman mələk­lə­rə: "Adəmə salam məqsədilə səcdə edin!"– de­mişdik. İb­lisdən başqa mələklərin hamısı, salam vermək məqsədilə Adəmə səcdə etdi. İblis cinlərdən idi, mələklərdən deyildi. Beləliklə də, O, Adəmə səcdə etməyə təkəbbürlük göstərərək, Rəbbinin əm­rinə boyun əy­mədi. Ey İnsanlar! Onlar sizin düşməni­niz olduğu bir halda, siz Mə­ni qoyub onu və onun övladlarını özünüzə dostmu tutursunuz?! Axı düşmənlərinizi necə özünüzə dost tuta bilərsiniz?! Uca Allahla dostluq etmək əvəzinə, şeytanı özünə dost tutan za­lımların etdikləri necə də çirkin və mürdar bir işdir!