وَأَنَّا كُنَّا نَقۡعُدُ مِنۡهَا مَقَٰعِدَ لِلسَّمۡعِۖ فَمَن يَسۡتَمِعِ ٱلۡأٓنَ يَجِدۡ لَهُۥ شِهَابٗا رَّصَدٗا ٩
Wa annā kunnā naq'udu minhā maqā'ida lis-sam'i faman yastami'il-āna yajid lahū shihābar rasadā
Halbuki (daha öncə) biz (mələklərin söhbətini) dinləmək üçün göyün bəzi yerlərində otururduq. Amma indi kim (onları) dinləmək istəsə, o, pusquda gözləyən yandırıb-yaxan ulduza rast gələr.
Təfsir
Halbuki daha öncə biz göyün bəzi yerlərində oturub mələklərin söhbətinə qulaq asır və onlardan eşitdiyimiz sözləri yerdəki kahinlərə çatdırırdıq. Artıq vəziyyət dəyişib, indi bizlərdən kim onları dinləmək istəsə, o, pusquda onu gözləyən, yaxınlaşdıqda isə onun üstünə göndərilib onu yandırıb-yaxan alova rast gələr.