وَأَنَّا لَا نَدۡرِيٓ أَشَرٌّ أُرِيدَ بِمَن فِي ٱلۡأَرۡضِ أَمۡ أَرَادَ بِهِمۡ رَبُّهُمۡ رَشَدٗا ١٠
Wa annā lā nadrī asharrun urīda biman fil-ardi am arāda bihim rabbuhum rashadā
Biz bilmirik (mələklərin söhbətinə qulaq asmağın bizə qadağan edilməsi ilə), yerdəkilərə pislik etmək qəsd edilmişdir, yoxsa Rəbbi onları doğru yola yönəltmək istəmişdir?
Təfsir
Biz bilmirik, bu güclü mühafizə nə üçündür, bununla yerdəkilərə pislik etmək qəsd edilmişdir, yoxsa Allah onlara xeyir nəsib etmək? Biz artıq göydəki xəbərləri dinləməkdən məhrum olmuşuq.