وَإِذَا قَرَأۡتَ ٱلۡقُرۡءَانَ جَعَلۡنَا بَيۡنَكَ وَبَيۡنَ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ حِجَابٗا مَّسۡتُورٗا ٤٥
Wa idhā qara'tal-qur'āna ja'alnā baynaka wabaynal-ladhīna lā yu'minūna bil-ākhirati hijābam mastūrā
Sən Quran oxuduğun zaman səninlə Axirətə inanmayanların arasına görünməz bir pərdə çəkərik.
Təfsir
Ey Peyğəmbər! Sən Quran oxuduğun zaman orada olan yasaqları və öyüd-nəsihəti dinlədiklərində, səninlə Qiyamət gününə inanmayanların arasına haqqı qəbil etməyib, ondan üz çevirmələrindən dolayı onlara cəza olaraq Quranı anlayıb, başa dümələrini əngəlləyən bir pərdə çəkərik.