وَجَعَلۡنَا عَلَىٰ قُلُوبِهِمۡ أَكِنَّةً أَن يَفۡقَهُوهُ وَفِيٓ ءَاذَانِهِمۡ وَقۡرٗاۚ وَإِذَا ذَكَرۡتَ رَبَّكَ فِي ٱلۡقُرۡءَانِ وَحۡدَهُۥ وَلَّوۡاْ عَلَىٰٓ أَدۡبَٰرِهِمۡ نُفُورٗا ٤٦
Waja'alnā 'alā qulūbihim akinnatan an yafqahūhu wafī ādhānihim waqran wa idhā dhakarta rabbaka fil-qur'āni wahdahū wallaw 'alā adbārihim nufūrā
Quranı anlamasınlar deyə, Biz onların qəlblərinə örtüklər çəkdik, qulaqlarına da tıxaclar vurduq. Sən Quranda Rəbbinin Tək (Allah) olduğunu yada saldığın zaman onlar (bu dəvətə) nifrət edərək arxalarını çevirib gedərlər.
Təfsir
Quranı başa düşmələrinə əngəl olması üçün Biz onların qəlblərinə örtüklər çəkdik, onu eşitdikdə anlamamaları üçün qulaqlarına da tıxac vurduq. Sən Quranda Rəbbinin tək Allah olduğunu yada salıb onların batil ilahlarını yada salmadıqda, onlar da, ixlasla tək Allaha ibadət etməkdən uzaqlaşıb, arxalarını çevirib gedərlər.