وَلَا تَقۡرَبُواْ ٱلزِّنَىٰٓۖ إِنَّهُۥ كَانَ فَٰحِشَةٗ وَسَآءَ سَبِيلٗا ٣٢
Walā taqrabuz-zinā innahū kāna fāhishatan wasā'a sabīlā
Zinaya yaxınlaşmayın. Çünki o, iyrənc bir əməl və murdar bir yoldur!
Təfsir
Zinadan çəkinin və ona sövq edən səbəblərdən də uzaq durun. Çünki zina, nəsillərin bir-biri ilə qarışdığına və Allahın əzabına gətirib çıxartdığı üçün çox iyrənc bir əməl və murdar bir yoldur!