Al-Isra surəsi, ayə 33

17:33

وَلَا تَقۡتُلُواْ ٱلنَّفۡسَ ٱلَّتِي حَرَّمَ ٱللَّهُ إِلَّا بِٱلۡحَقِّۗ وَمَن قُتِلَ مَظۡلُومٗا فَقَدۡ جَعَلۡنَا لِوَلِيِّهِۦ سُلۡطَٰنٗا فَلَا يُسۡرِف فِّي ٱلۡقَتۡلِۖ إِنَّهُۥ كَانَ مَنصُورٗا ٣٣

Walā taqtulun-nafsal-latī harramallāhu illā bil-haqqi waman qutila mazlūman faqad ja'alnā liwaliyyihī sultānan falā yusrif fil-qatli innahū kāna mansūrā

Allahın, öldürülməsini haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Kim haqsız yerə öldürülmüşsə, artıq onun varisinə ixtiyar vermişik (istəsə bağışlayar, istəsə qisas tələb edər, istəsə də qanbahası alar). Lakin o da qisas aldıqda həddi aşmamalıdır. Çünki ona artıq kömək olunmuşdur.

Təfsir

Uca Allahın, iman etmə və ya təhlükəsizliyi təmin edilməsi ilə qanını haram etdiyi bir nəfsi mürtəd olma, evlilik həyatı yaşadıqdan sonra zina etmə yaxud qisas kimi qanı halal edən səbəblərdən hər hansı biri olmadan, heç bir kəsi haqsız yerə öl­dürməyin. Kim bir kəsi öldürülməsini halal edən səbəblər olmadan, zülm edilərək, haqsız yerə bir cana qəsd edərsə, artıq onun varisinə istəsə qisas tələb etmə, istəsə qanbahası almadan qatili bağışlama, istəsə də qan­bahası alaraq onu əfv etmə ix­ti­yarını verərik. Lakin o da qisas al­dıqda, Allahın icazə verdiyi həddi aşaraq qatilin burnunu, qulağını və s. əzalarını kəsərək ölünü pis bir hala gətirməməli, qatildən başqasını və ya onun əvəzinə qatilin yaxın adamlarından bir kimsəni öldürməməlidir. Çün­ki şəriətin bu hökmləri ilə artıq ona Allah tərəfindən kömək olunmuşdur.