وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَىٰ تِسۡعَ ءَايَٰتِۭ بَيِّنَٰتٖۖ فَسۡـَٔلۡ بَنِيٓ إِسۡرَٰٓءِيلَ إِذۡ جَآءَهُمۡ فَقَالَ لَهُۥ فِرۡعَوۡنُ إِنِّي لَأَظُنُّكَ يَٰمُوسَىٰ مَسۡحُورٗا ١٠١
Walaqad ātaynā mūsā tis'a āyāti bayyinātin fas'al banī isrā'īla idh jā'ahum faqāla lahū fir'awnu innī la azunnuka yāmūsā mashūrā
Biz Musaya doqquz açıq-aşkar ayət verdik. İsrail oğullarından soruş; (Musa) onların yanına gəldikdə Firon ona: “Ey Musa! Mən sənin ovsunlandığını zənn edirəm”– demişdi.
Təfsir
Biz Musaya onun peyğəmbərliyini isbat edən doqquz açıq-aşkar möcüzə verdik. Bu möcüzələr: əsa, Musanın əlinin bəmbəyaz görünməsi, qıtlıq, məhsul azlığı, tufan, çəyirtkə, əkin həşəratları, qurbağa və qandır. Ey Peyğəmbər! Yəhudilərdən soruş! Çünki Musa onların ata-babalarına bu möcüzələrlə gəldikdə, Firon ona: "Ey Musa! Sən bizə qəribə şeylər gətirdiyin görə, Mən sənin sehirlənmiş bir insan olduğunu zənn edirəm!" – demişdi.