قُل لَّوۡ أَنتُمۡ تَمۡلِكُونَ خَزَآئِنَ رَحۡمَةِ رَبِّيٓ إِذٗا لَّأَمۡسَكۡتُمۡ خَشۡيَةَ ٱلۡإِنفَاقِۚ وَكَانَ ٱلۡإِنسَٰنُ قَتُورٗا ١٠٠
Qul law antum tamlikūna khazā'ina rahmati rabbī idhal la amsaktum khashyatal-infāqi wakānal-insānu qatūrā
De: “Əgər siz Rəbbimin rəhmət xəzinələrinə sahib olsaydınız belə, yenə də (onun) xərclənib tükənməsindən qorxaraq xəsislik edərdiniz. Çünki insan xəsisdir”.
Təfsir
Ey Peyğəmbər! Müşriklərə de: "Əgər siz Rəbbimin tükməz, bitməz və əksilməz rəhmət xəzinələrinə sahib olsaydınız, onun xərclənib tükənməsindən sonra sizə yoxulluq üz verməsindən qorxaraq, xəsislik edib onu xərcləməzdiniz. Mömin kimsə istisna olmaqla, insan təbiəti xəsisdir. Amma mömin isə Allahın savabına ümid edərək malını gecə-gündüz Allah yolunda xərcləyər!"