Al-Imran surəsi, ayə 56

3:56

فَأَمَّا ٱلَّذِينَ كَفَرُواْ فَأُعَذِّبُهُمۡ عَذَابٗا شَدِيدٗا فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِ وَمَا لَهُم مِّن نَّٰصِرِينَ ٥٦

Fa ammal-ladhīna kafarū fa u'addhibuhum 'adhāban shadīdan fid-dunyā wal-ākhirati wamā lahum min nāsirīn

Kafirlərə gəlincə, onlara həm bu dünyada, həm də axirətdə şiddətli əzab verəcəyəm. Onların heç bir köməkçisi olmayacaqdır”.

Təfsir

Sənə və sənin onlara gətirdiyin haqqa küfür edənlərə isə bu dünyada öldürmək, əsir etmək və zəlil etməklə, axirətdə isə cəhənnəm əzabı ilə şiddətli əzab verəcəyəm. Onları əzabdan qoruyan köməkçiləri də olmayacaqdır.