إِذۡ قَالَ ٱللَّهُ يَٰعِيسَىٰٓ إِنِّي مُتَوَفِّيكَ وَرَافِعُكَ إِلَيَّ وَمُطَهِّرُكَ مِنَ ٱلَّذِينَ كَفَرُواْ وَجَاعِلُ ٱلَّذِينَ ٱتَّبَعُوكَ فَوۡقَ ٱلَّذِينَ كَفَرُوٓاْ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِۖ ثُمَّ إِلَيَّ مَرۡجِعُكُمۡ فَأَحۡكُمُ بَيۡنَكُمۡ فِيمَا كُنتُمۡ فِيهِ تَخۡتَلِفُونَ ٥٥
Idh qālallāhu yā'īsā innī mutawaffīka warāfi'uka ilayya wamutahhiruka minal-ladhīna kafarū wajā'ilul-ladhīnat-taba'ūka fawqal-ladhīna kafarū ilā yawmil-qiyāmati thumma ilayya marji'ukum fa ahkumu baynakum fīmā kuntum fīhi takhtalifūn
O vaxt Allah buyurdu: “Ey İsa, həqiqətən, Mən sənin həyatına son qoyub Özümə tərəf qaldıracaq, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm. Sonra sizin dönüşünüz Mənə olacaq. Mən də, ixtilafa düşdüyünüz şeylər barəsində sizin aranızda hökm verəcəyəm.
Təfsir
Allah, İsaya - aleyhissəlam - müraciət etdiyi zaman onlara qarşı - bir daha - hiylə işlədib dedi: "Ey İsa, həqiqətən, Mən səni öldürmədən həyatına son qoyub, sənin bədənini və ruhunu Özümə tərəf qaldıracam, səni, sənə küfr edənlərin pisliyindən pak edəcəm və səni onlardan uzaqlaşdıracam və sənə tabe olub, haqq din üzərində ardınca gedənləri, həmçinin, Muhəmmədə (sallallahu aleyhi və səlləm) iman gətirənləri - Qiyamət günü açıq-aydın dəlil və izzətli olmaqla sənə kafir olanlardan üstün edəcəm. Sonra Qiyamət günü sizin dönüşünüz tək Mənə olacaq. Mən də, ixtilafa düşdüyünüz şeylər barəsində sizin aranızda haqqla hökm verəcəm.