Al-Imran surəsi, ayə 57

3:57

وَأَمَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ فَيُوَفِّيهِمۡ أُجُورَهُمۡۗ وَٱللَّهُ لَا يُحِبُّ ٱلظَّٰلِمِينَ ٥٧

Wa ammal-ladhīna āmanū wa'amilus-sālihāti fayuwaffīhim ujūrahum wallāhu lā yuhibbuz-zālimīn

(Allah) iman gətirib saleh əməllər işləyənlərin mükafatlarını tam verəcəkdir. Allah zalımları sevməz.

Təfsir

Sənə və sənin onlara gətirdiyin haqqa iman gətirib, namaz qılıb, zəkat verib, oruc tutub, qohumluq əlaqələrini birləşdirib və s. bu kimin saleh əməllər edənlərə gəldikdə isə, Allah onlara əməllərinin savabını azaltmadan tam verə­cək­dir. Bu, Muhəmməd peyğəmbər (sallallahu aleyhi və səlləm) göndərilməzdən əvvəl, İsa Məsihin şəxsən müjdələdiyi, ona tabe olanlar barəsindədir. Allah zalım­la­rı sevməz. Ən böyük zülüm də uca Allaha şərik qoşmaq və Onun elçisini yalan saymaqdır.