ذَٰلِكَ بِأَنَّهُمۡ قَالُواْ لَن تَمَسَّنَا ٱلنَّارُ إِلَّآ أَيَّامٗا مَّعۡدُودَٰتٖۖ وَغَرَّهُمۡ فِي دِينِهِم مَّا كَانُواْ يَفۡتَرُونَ ٢٤
Dhālika bi annahum qālū lan tamassanan-nāru illā ayyāmam ma'dūdātin wagharrahum fī dīnihim mā kānū yaftarūn
Bu, onların: “Od bizə ancaq bir neçə gün toxunar!”– demələrinə görədir. Onları uydurduqları şeylər öz dinlərində aldadıb yoldan çıxartmışdır.
Təfsir
Bu haqqdan üz çevirib geriyə dönmələri, onların: "Qiyamət günü od onlara ancaq bir neçə gün toxunar, bundan sonra isə cənnətə daxil olacaqlar!"– iddalarına görədir. Onların yalan və batildən uydurduqları bu zənni, onları aldadıb yoldan çıxartmış, Allah və Onun dini barədə yalan deməyə cürətli etdirmişdir.