أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ أُوتُواْ نَصِيبٗا مِّنَ ٱلۡكِتَٰبِ يُدۡعَوۡنَ إِلَىٰ كِتَٰبِ ٱللَّهِ لِيَحۡكُمَ بَيۡنَهُمۡ ثُمَّ يَتَوَلَّىٰ فَرِيقٞ مِّنۡهُمۡ وَهُم مُّعۡرِضُونَ ٢٣
Alam tara ilal-ladhīna ūtū nasībam minal-kitābi yud'awna ilā kitābillāhi liyahkuma baynahum thumma yatawallā farīqum minhum wahum mu'ridūn
Kitabdan özlərinə bir pay verilmiş kəsləri görmədinmi? Onlar, aralarında hökm verməsi üçün Allahın Kitabına dəvət olunurlar. Sonra onlardan bir dəstə üz çevirib (geri) dönür.
Təfsir
Ey Peyğəmbər! Məğər Allahın, Tövratdan özlərinə sənin peyğəmbər olduğuna dəlalət edən elmdən pay verilmiş yəhudilərin halını görmədinmi? Onlar, aralarında ixtilafda olduqları şeylər barədə hökm verməsi üçün Allahın Kitabı - Tövrata qayıtmağa dəvət olunurlar. Sonra Tövratın hökmləri nəfslərinin istəklərinə müvafiq olmadıqda, onların alimlərindən və başçılarından bir dəstə onun hökmündən üz çevirib geri dönür. Özlərinin Tövrata tabe olduqlarını idda etdikləri üçün - lakin onlar Tövranın hökümlərini qəbul etməyə insanlar içərsində ən həris insan olmalı idilər.