فَكَيۡفَ إِذَا جَمَعۡنَٰهُمۡ لِيَوۡمٖ لَّا رَيۡبَ فِيهِ وَوُفِّيَتۡ كُلُّ نَفۡسٖ مَّا كَسَبَتۡ وَهُمۡ لَا يُظۡلَمُونَ ٢٥
Fakayfa idhā jama'nāhum liyawmil lā rayba fīhi wawuffiyat kullu nafsim mā kasabat wahum lā yuzlamūn
(Baş verəcəyinə) şübhə edilməyən bir gündə onları topladığımız və hər kəsə qazandığının əvəzi ödəniləcəyi, özlərinə də, heç bir haqsızlıq edilməyəcəyi zaman (onların halı) necə olacaq?
Təfsir
Onların halı və peşmançılıqı necə olacaq?! Baş verəcəyinə şübhə edilməyən bir gündə - Qiyamət günündə, onları haqq-hesab üçün topladığımız zaman onların halı çox pis olacaqdır. Məhz o gün, hər kəsə qazandığının əvəzi, yaxşı əməllərin savabını azaldıb, yaxud günahlarını çoxaldıb zülm edilmədən layiqincə ödəniləcəkdir.