وَلَقَدۡ صَدَقَكُمُ ٱللَّهُ وَعۡدَهُۥٓ إِذۡ تَحُسُّونَهُم بِإِذۡنِهِۦۖ حَتَّىٰٓ إِذَا فَشِلۡتُمۡ وَتَنَٰزَعۡتُمۡ فِي ٱلۡأَمۡرِ وَعَصَيۡتُم مِّنۢ بَعۡدِ مَآ أَرَىٰكُم مَّا تُحِبُّونَۚ مِنكُم مَّن يُرِيدُ ٱلدُّنۡيَا وَمِنكُم مَّن يُرِيدُ ٱلۡأٓخِرَةَۚ ثُمَّ صَرَفَكُمۡ عَنۡهُمۡ لِيَبۡتَلِيَكُمۡۖ وَلَقَدۡ عَفَا عَنكُمۡۗ وَٱللَّهُ ذُو فَضۡلٍ عَلَى ٱلۡمُؤۡمِنِينَ ١٥٢
Walaqad sadaqakumullāhu wa'dahū idh tahussūnahum bi idhnihī hattā idhā fashiltum watanāza'tum fil-amri wa'asaytum mim ba'di mā arākum mā tuhibbūna minkum man yurīdud-dunyā waminkum man yurīdul-ākhirata thumma sarafakum 'anhum liyabtaliyakum walaqad 'afā 'ankum wallāhu dhū fadlin 'alal-mu'minīn
Siz Allahın izni ilə (düşmənlərinizi) qırıb-çatdığınız zaman, Allah sizə verdiyi vədini yerinə yetirdi. Nəhayət, (Allah) sizə istədiyiniz (qələbəni) göstərdikdən sonra siz zəiflik göstərib (Peyğəmbərin) əmri barəsində bir-birinizlə mübahisə etdiniz və asi oldunuz. İçərinizdən kimisi dünyanı, kimisi də axirəti istəyirdi. Sonra (Allah) sizi sınamaq üçün (üzünüzü) onlardan döndərdi. O, artıq sizi əfv etdi. Allah möminlərə qarşı lütfkardır.
Təfsir
Uca Allahın izni ilə Uhud döyüşündə kafirləri amansızlıqla öldürdüyünüz zaman, Allah sizə düşmənləriniz üzərində qələbə çalmağı nəsib edərək sizə verdiyi vədini yerinə yetirdi. Nəhayət, Allah sizə, arzuladığınız şeyi, düşmən üzərində qələbəni göstərdikdə, siz, Peyğəmbərin - səllallahu aleyhi və səlləm - sizə əmr etdiyini yerinə yetirməkdən qorxub, zəyiflik göstərib, döyüş yerinizdə qalmaq yoxsa oranı tərk edib qənimət toplamaq barəsində bir-birinizlə ixtilaf etdiniz və Peyğəmbərin - səllallahu aleyhi və səlləm - hər bir halda döyüş yerinizdə qalıb oranı tərk etməmək əmrinə asi oldunuz. İçərinizdən kimisi dünya qənimətlərini istəyirdi. Onlar döyüş yerlərini tərk edən kimsələrdir. Kimisi də axirət savabını istəyirdi. Onlar isə Peyğəmbərin - səllallahu aleyhi və səlləm - əmrinə tabe olub döyüş yerlərini tərk etməyən kimsələrdir. Sonra Allah üzünüzü onlardan döndərib, müsibətə səbir edən mömini, müsibətə səbir etməyib, zəyiflik göstərən möminlərdən ayırd etmək üçün düşmənlərinizi sizin üzərinizə saldırdı. Allah, artıq sizin Peyğəmbərin - səllallahu aleyhi və səlləm - əmrinə müxalif olaraq qazandığınız günahı əfv etdi. Allah möminləri imana yönəldib, günahlarını əfv etdiyi və onlara baş verən müsibətlərə görə onlara mükafat bəxş etdiyi üçün möminlərə qarşı böyük lütf sahididir.