Al-Imran surəsi, ayə 151

3:151

سَنُلۡقِي فِي قُلُوبِ ٱلَّذِينَ كَفَرُواْ ٱلرُّعۡبَ بِمَآ أَشۡرَكُواْ بِٱللَّهِ مَا لَمۡ يُنَزِّلۡ بِهِۦ سُلۡطَٰنٗاۖ وَمَأۡوَىٰهُمُ ٱلنَّارُۖ وَبِئۡسَ مَثۡوَى ٱلظَّٰلِمِينَ ١٥١

Sanulqī fī qulūbil-ladhīna kafarur-ru'ba bimā ashrakū billāhi mā lam yunazzil bihī sultānan wama'wāhumun-nāru wabi'sa mathwaz-zālimīn

Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə kafirlərin qəlblərinə qorxu salacağıq. Onların gedəcəkləri yer Oddur. Zalımların məskunlaşacağı yer necə də pisdir!

Təfsir

Allaha şə­rik qoş­­­duq­larına görə kafirlə­rin qəlblə­rinə elə bir şiddətli qorxu salarıq ki, onlar haqqında özlərinə heç bir dəlil na­­zil edilməyən, özlərindən ilahlar uydurub onlara ibadət edərək Allaha şərik qoşduqları səbəbindən sizinlə döyüşməyə tab gətirə bilməzlər. Axirətdə on­ların qərar tutacaqları qayıdış yeri Od­dur. Zalım­la­rın qərar tutacaqları od nə pisdir!