Al-Hashr surəsi, ayə 9

59:9

وَٱلَّذِينَ تَبَوَّءُو ٱلدَّارَ وَٱلۡإِيمَٰنَ مِن قَبۡلِهِمۡ يُحِبُّونَ مَنۡ هَاجَرَ إِلَيۡهِمۡ وَلَا يَجِدُونَ فِي صُدُورِهِمۡ حَاجَةٗ مِّمَّآ أُوتُواْ وَيُؤۡثِرُونَ عَلَىٰٓ أَنفُسِهِمۡ وَلَوۡ كَانَ بِهِمۡ خَصَاصَةٞۚ وَمَن يُوقَ شُحَّ نَفۡسِهِۦ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ ٩

Walladhīna tabawwa'ud-dāra wal-īmāna min qablihim yuhibbūna man hājara ilayhim walā yajidūna fī sudūrihim hājatam mimmā ūtū wayu'thirūna 'alā anfusihim walaw kāna bihim khasāsatun waman yūqa shuhha nafsihī fa ulā'ika humul-muflihūn

Onlardan (mühacirlərdən) öncə (Mədinədə) yurd salmış, (sonra da) iman gətirmiş kimsələr (ənsarlar) öz yanlarına hicrət edənləri sevər, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır.

Təfsir

Mühacirlərdən əvvəl Mədinədə yurd salmış, Allaha və Onun rəsuluna iman gətirməyi seçmiş ənsar Məkkədən onların yanına hicrət etmiş kimsələri sevir, qənimətlərdən Allah yolundakı mühacirlərə pay verildikdə, özlərinə isə heç bir şey verilmədikdə, qəlblərində mühacirlərə qarşı kin və həsədə yer verməz, hətta özləri kasıb və ehtiyac içində olsalar belə, dünya nemətlərini əldə etmək xüsusunda mühacirləri özlərindən üstün tuturlar. Allah hər kimi nəfsinin tamahından qoruyur və ona bu maldan Allah yolunda xərcləməyi nəsib edirsə, onlar istədiklərinə nail olan və qorxduqları şeydən xilas olan kəslərdir.