Al-Hashr surəsi, ayə 8

59:8

لِلۡفُقَرَآءِ ٱلۡمُهَٰجِرِينَ ٱلَّذِينَ أُخۡرِجُواْ مِن دِيَٰرِهِمۡ وَأَمۡوَٰلِهِمۡ يَبۡتَغُونَ فَضۡلٗا مِّنَ ٱللَّهِ وَرِضۡوَٰنٗا وَيَنصُرُونَ ٱللَّهَ وَرَسُولَهُۥٓۚ أُوْلَٰٓئِكَ هُمُ ٱلصَّٰدِقُونَ ٨

Lil-fuqarā'il-muhājirīnal-ladhīna ukhrijū min diyārihim wa amwālihim yabtaghūna fadlam minallāhi waridwānan wayansurūnallāha warasūlahū ulā'ika humus-sādiqūn

(Qənimətlər həmçinin) Allahın lütfünü və razılığını qazanmağa can atan, Allaha və Onun rəsuluna yardım edərkən yurdlarından çıxardılan və mallarından məhrum edilən yoxsul mühacirlərə aiddir. Doğru olanlar da məhz onlardır.

Təfsir

Bu malların bir qismi Allah yolunda hicrət etmiş, üstəlik, mallarını və övladlarını qoyub getməyə məcbur qalmış yoxsul mühacirlərə məxsusdur. Onlar bu dünyada Allahın verdiyi ruziyə, axirətdə də Onun razılığını qazanmağa çalışır, həmçinin, Allah yolunda cihad etməklə Allaha və Onun rəsuluna kömək edirlər. Bu xislətləri özlərində cəm edən kimsələr - məhz onlar imanlarında sabit qalanlardır.