قُلۡ مَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍ إِلَّا مَن شَآءَ أَن يَتَّخِذَ إِلَىٰ رَبِّهِۦ سَبِيلٗا ٥٧
Qul mā as'alukum 'alayhi min ajrin illā man shā'a an yattakhidha ilā rabbihī sabīlā
De: “Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Ancaq sizdən kim Rəbbinə tərəf aparan doğru yol tutmaq istəyərsə (qoy tutsun)”.
Təfsir
Ey Peyğəmbər! De ki: "Mən Rəbbimin risalətini təbliğ etdiyimə görə sizdən heç bir əvəz və ya mükafat istəmirəm. Lakin sizdən kim Allahın rizasını umaraq malını Allah yolunda sərf etmək istəsə, qoy etsin!