Al-Furqan surəsi, ayə 58

25:58

وَتَوَكَّلۡ عَلَى ٱلۡحَيِّ ٱلَّذِي لَا يَمُوتُ وَسَبِّحۡ بِحَمۡدِهِۦۚ وَكَفَىٰ بِهِۦ بِذُنُوبِ عِبَادِهِۦ خَبِيرًا ٥٨

Watawakkal 'alal-hayyil-ladhī lā yamūtu wasabbih bihamdihī wakafā bihī bidhunūbi 'ibādihī khabīrā

Sən, Ölməz, (əbədi) Yaşayana təvəkkül et və Onu həmd-səna ilə təriflə. Onun qullarının günahlarından xəbərdar olması kifayətdir.

Təfsir

Ey Peyğəmbər! Bütün işlərində, ölməz və daima diri olan Allaha təvəkkül et. Pak və müqəddəs olan Rəbbinin şəninə həmd-səna ilə tə­rif­­lər de. Uca Allahın Öz qullarının günahlarından agah ol­ma­sı ki­fayətdir. Onların günahlarından Allaha heç bir şey gizlin qalmaz. Uca Allah etdiyiniz əməllərin əvəzini sizə verəcəkdir.