۞ وَهُوَ ٱلَّذِي مَرَجَ ٱلۡبَحۡرَيۡنِ هَٰذَا عَذۡبٞ فُرَاتٞ وَهَٰذَا مِلۡحٌ أُجَاجٞ وَجَعَلَ بَيۡنَهُمَا بَرۡزَخٗا وَحِجۡرٗا مَّحۡجُورٗا ٥٣
Wahuwal-ladhī marajal-bahrayni hādhā 'adhbun furātun wahādhā milhun ujājun waja'ala baynahumā barzakhan wahijram mahjūrā
Birinin suyu olduqca şirin, digərininki isə olduqca şor olan iki dənizi qovuşduraraq aralarında maneə və keçilməz sədd qoyan Odur.
Təfsir
İki dənizin suyunu bir-birinə qatan uca Allahdır. O, şirin suyu olan dənizi, duzlu suyu olana qatmış və iki dənizin suyu bir-birinə qarışmaması üçün onların arasında maneə və keçilməz sədd qoymuşdur.