إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَٱلَّذِينَ هَادُواْ وَٱلنَّصَٰرَىٰ وَٱلصَّٰبِـِٔينَ مَنۡ ءَامَنَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَعَمِلَ صَٰلِحٗا فَلَهُمۡ أَجۡرُهُمۡ عِندَ رَبِّهِمۡ وَلَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ ٦٢
Innal-ladhīna āmanū walladhīna hādū wan-nasārā was-sābi'īna man āmana billāhi wal-yawmil-ākhiri wa'amila sālihan falahum ajruhum 'inda rabbihim walā khawfun 'alayhim walā hum yahzanūn
Şübhəsiz ki, möminlərin, (habelə,) yəhudi, nəsrani və sabiilərdən Allaha və Axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin mükafatı öz Rəbbi yanındadır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.
Təfsir
Həqiqətən bu ümmətdən və həmçinin Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) peyğəmbər göndərilməzdən əvvəlki keçmiş ümmətlərdən iman edən yəhudi, nəsrani və Allaha və axirət gününə iman gətirmiş peyğəmbərlərin bəzi tərəfdarlarından olan sabiilərin mükafatları Rəbbinin yanındadır. Axirət də onları qarşılayacaq şeylərə görə onların nə bir qorxusu olar, nə də ki, dünyada ikən əldə edə bilmədikləri şeylərə görə onlar bir hüzün görərlər.