Al-Baqarah surəsi, ayə 61

2:61

وَإِذۡ قُلۡتُمۡ يَٰمُوسَىٰ لَن نَّصۡبِرَ عَلَىٰ طَعَامٖ وَٰحِدٖ فَٱدۡعُ لَنَا رَبَّكَ يُخۡرِجۡ لَنَا مِمَّا تُنۢبِتُ ٱلۡأَرۡضُ مِنۢ بَقۡلِهَا وَقِثَّآئِهَا وَفُومِهَا وَعَدَسِهَا وَبَصَلِهَاۖ قَالَ أَتَسۡتَبۡدِلُونَ ٱلَّذِي هُوَ أَدۡنَىٰ بِٱلَّذِي هُوَ خَيۡرٌۚ ٱهۡبِطُواْ مِصۡرٗا فَإِنَّ لَكُم مَّا سَأَلۡتُمۡۗ وَضُرِبَتۡ عَلَيۡهِمُ ٱلذِّلَّةُ وَٱلۡمَسۡكَنَةُ وَبَآءُو بِغَضَبٖ مِّنَ ٱللَّهِۚ ذَٰلِكَ بِأَنَّهُمۡ كَانُواْ يَكۡفُرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَيَقۡتُلُونَ ٱلنَّبِيِّـۧنَ بِغَيۡرِ ٱلۡحَقِّۚ ذَٰلِكَ بِمَا عَصَواْ وَّكَانُواْ يَعۡتَدُونَ ٦١

Wa idh qultum yāmūsā lan nasbira 'alā ta'āmin wāhidin fad'u lanā rabbaka yukhrij lanā mimmā tumbitul-ardu mim baqlihā waqitthā'ihā wafūmihā wa'adasihā wabasalihā qāla atastabdilūnal-ladhī huwa adnā billadhī huwa khayrunihbitū misran fa inna lakum mā sa'altum waduribat 'alayhimudh-dhillatu wal-maskanatu wabā'ū bighadabim minallāhi dhālika bi annahum kānū yakfurūna bi'āyātillāhi wayaqtulūnan-nabiyyina bighayril-haqqi dhālika bimā 'asaw wwakānū ya'tadūn

O zaman siz dediniz: “Ey Musa! Biz eyni cür yeməklərə dözməyəcəyik. Elə buna görə də, bizim üçün Rəbbinə dua et ki, bizə yerin bitirdiklərindən – tərəvəzindən, xiyarından, sarımsağından, mərciməyindən və soğanından çıxartsın!” (Musa dedi:) “Siz xeyirli olan şeylərin daha dəyərsiz şeylərlə əvəz olunmasınımı istəyirsiniz?! Şəhərə enin! Şübhəsiz ki, (orada) sizin üçün istədikləriniz vardır!” Onlara zəlillik və miskinlik üz verdi, (üstəlik,) onlar Allahın qəzəbinə düçar oldular. Bu (cəza) ona görə idi ki, onlar Allahın ayələrinə küfr edirdilər və peyğəmbərləri haqsız yerə öldürürdülər. Bu (həm də) onların asi olduqlarına və həddi aşdıqlarına görə idi.

Təfsir

Allahın sizə ruzi olaraq nazil etdiyi manna və bildirçin əti yeməkdən bezib, Rəbbinizin sizə olan nemətinə küfr etdiyinizi xatırlayın. O zaman siz: "Biz hər gün eyni yeməkləri yeməyə səbir edə bilmərik"- deyib, Musadan - Aleyhissəlam - Allaha dua edib sizin üçün yerin bitirdiklərindən – tərəvəzindən, xiyarından, dənli bitkilərindən, mərciməyindən və soğanından çıxartmasını tələb etmişdiniz. Musa - Aleyhissəlam - da sizin tələbinizi inkar edərək belə cavab vermişdi: "Siz manna və bildirçin əti kimi xeyirli olan şeyləri bu cür alçaq şeylərlə dəyişdirirsiniz? Halbuki bu nemətlər sizə heç bir səy göstərmədiyiniz və yorulmadığınız halda gəlir. Elə isə dilədiyiniz kəndə gedib, istədiyiniz şeyləri oranın tarlalarında və bazarlarında tapa bilərsiniz". Onlar öz nəfslərinə tabe olduqlarına və Allahın onlar üçün seçib bəxş etdiyi nemətlərdən təkrar-təkrar üz çevirdiklərinə görə, onlara zəlillik, miskinlik və bədbəxtlik damğası vuruldu. Onlar Allahın dinindən üz çevirib Onun ayələrini inkar etdiklərinə və peyğəmbərlərə haqsız yerə düşmənçilik edib onları öldürdüklərinə görə Allahın qəzəbinə düçar oldular. Bütün bunların səbəbi onların Allaha asi olmaları və Allahın onlar üçün qoyduğu hədləri aşmalarına görə idi.