Al-Baqarah surəsi, ayə 63

2:63

وَإِذۡ أَخَذۡنَا مِيثَٰقَكُمۡ وَرَفَعۡنَا فَوۡقَكُمُ ٱلطُّورَ خُذُواْ مَآ ءَاتَيۡنَٰكُم بِقُوَّةٖ وَٱذۡكُرُواْ مَا فِيهِ لَعَلَّكُمۡ تَتَّقُونَ ٦٣

Wa idh akhadhnā mīthāqakum warafa'nā fawqakumut-tūra khudhū mā ātaynākum biquwwatin wadhkurū mā fīhi la'allakum tattaqūn

Bir zaman sizdən əhd-peyman aldıq, Tur dağını başınız üstünə qaldırdıq və belə buyurduq: “Sizə verdiyimizdən möhkəm yapışın və onun içindəkiləri yada salın ki, bəlkə (Allahdan) qorxasınız!”

Təfsir

Bir zaman sizdən Allaha və rasullarına iman gətirəsiniz deyə ağır bir əhd aldığımızı xatırlayın. Sizi əhdə əməl etməməkdən qorxudub çəkindirnək, sizə göndərdiyimiz Tövrata səhlənkar və tənbəlliklə deyil, əksinə, ondan möhkəm tutunmaq, içindəkiləri isə qoruyub (və ya əzbərləyib) tədəbbür etməyiniz üçün dağı başınız üstünə qaldırdıq ki, bəlkə, bunun səbəbi ilə Uca

Allahın əzabından çəkinəsiniz.