Al-Baqarah surəsi, ayə 35

2:35

وَقُلۡنَا يَٰٓـَٔادَمُ ٱسۡكُنۡ أَنتَ وَزَوۡجُكَ ٱلۡجَنَّةَ وَكُلَا مِنۡهَا رَغَدًا حَيۡثُ شِئۡتُمَا وَلَا تَقۡرَبَا هَٰذِهِ ٱلشَّجَرَةَ فَتَكُونَا مِنَ ٱلظَّٰلِمِينَ ٣٥

Waqulnā yā'ādamuskun anta wazawjukal-jannata wakulā minhā raghadan haythu shi'tumā walā taqrabā hādhihish-shajarata fatakūnā minaz-zālimīn

Biz dedik: “Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol və orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin (için), təkcə bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız”.

Təfsir

Biz Adəmə dedik: "Ey Adəm, sən zövcən Həvva ilə Cənnət sakini olun. Hər ikiniz də Cənnətdə istədiyiniz yerdə oradakı meyvələrdən heç bir maneə olmadan istədiyiniz qədər bol-bol afiyətlə yeyin. Yalnız sizə yaxınlaşmağı qadağan etdiyim bu ağaca yaxın gəlməyin, yoxsa siz əmrimə asi olmaqla özünüzə zülm edənlərdən olarsınız".