Al-Baqarah surəsi, ayə 34

2:34

وَإِذۡ قُلۡنَا لِلۡمَلَٰٓئِكَةِ ٱسۡجُدُواْ لِأٓدَمَ فَسَجَدُوٓاْ إِلَّآ إِبۡلِيسَ أَبَىٰ وَٱسۡتَكۡبَرَ وَكَانَ مِنَ ٱلۡكَٰفِرِينَ ٣٤

Wa idh qulnā lil-malā'ikatisjudū li'ādama fasajadū illā iblīsa abā wastakbara wakāna minal-kāfirīn

Bir zaman Biz mələklərə: “Adəmə (hörmət əlaməti olaraq) səcdə edin!”– dedikdə, İblisdən başqa hamısı səcdə etdi. O imtina edib təkəbbür göstərdi və kafirlərdən oldu.

Təfsir

Uca Allah bu ayədə, bir zaman Allahın, mələklərə, hörmət və ehtiram mənasında Adəmə səcdə etmələrini əmr etdiyini bəyan edir. Cinlərdən olan iblisdən başqa mələklər bütünlüklə Allahın əmrinə tələsərək səcdə etdilər. İblis isə Allahın səcdə əmrinə etiraz, Adəmə isə təkəbbürlük edərək Uca Allaha küfür edənlərdən oldu.