Al-Baqarah surəsi, ayə 33

2:33

قَالَ يَٰٓـَٔادَمُ أَنۢبِئۡهُم بِأَسۡمَآئِهِمۡۖ فَلَمَّآ أَنۢبَأَهُم بِأَسۡمَآئِهِمۡ قَالَ أَلَمۡ أَقُل لَّكُمۡ إِنِّيٓ أَعۡلَمُ غَيۡبَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَأَعۡلَمُ مَا تُبۡدُونَ وَمَا كُنتُمۡ تَكۡتُمُونَ ٣٣

Qāla yā'ādamu ambi'hum bi asmā'ihim falammā amba'ahum bi asmā'ihim qāla alam aqul lakum innī a'lamu ghaybas-samāwāti wal-ardi wa a'lamu mā tubdūna wamā kuntum taktumūn

Allah buyurdu: “Ey Adəm, bunların adlarını mələklərə bildir!” O, bunların adlarını mələklərə bildirdikdə Allah buyurdu: “Mən sizə demədimmi ki, göylərdə və yerdə olan qeybi, aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm?!”

Təfsir

Bu zama Uca Allah Adəmə: "Bu əşyaların adlarını onlara xəbər ver"- dedi. Adəm onlara həmən əşyaların adlarını, Allahın ona öyrətdiyi kimi xəbər verdikdə, Allah mələklərə: "Mən sizə, göylərdə və yerdə gizli qalan, aşkara çıxartdığınızı və gizli saxladığınızı bildiyimi söyləmədimmi?" -buyurdu.