ٱلَّذِينَ يُؤۡمِنُونَ بِٱلۡغَيۡبِ وَيُقِيمُونَ ٱلصَّلَوٰةَ وَمِمَّا رَزَقۡنَٰهُمۡ يُنفِقُونَ ٣
Alladhīna yu'minūna bil-ghaybi wayuqīmūnas-salawāta wamimmā razaqnāhum yunfiqūn
O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər;
Təfsir
O kəslər ki, qeybə inanırlar.Qeyb Allah və Rəsulunun xəbər verdiyi qiyamət günü xəbərləri kimi hissiyat orqanları ilə dərk edilməsi mümkün olmayıb gizli qalan xəbərlərdir. Məhz bu kimsələr, Allahın şəriətinə müvafiq, namazlarının bütün şərtlərini, ərkanlarını, vaciblərini və sünnələrini yerinə yetirərək əda edən kimsələrdır. Məhz bu kimsələr, Allahdan əcr diləyərək, Allahın onlara bəxş etdiyi ruzilərdən fəqirlərə, yoxsullara verilməsi vacib olan zəkat və əlavə olaraq sədəqə verib, mallarını Allah yolunda xərcləyən kimsələrdır. Ey Peyğəmbər! Məhz bu kimsələr aranızda heç bir fərq qoymadan sənə və səndən əvvəlki Peyğəmbərlərə (onlara Allahın salamı olsun) nazil olan vəhyə iman gətirən kimsələrdır. Məhz bu kimsələr qiyamət gününə və o gündə olacaq savaba və əzaba yəqinliklə iman edənlərdir.