Al-Baqarah surəsi, ayə 284

2:284

لِّلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ وَإِن تُبۡدُواْ مَا فِيٓ أَنفُسِكُمۡ أَوۡ تُخۡفُوهُ يُحَاسِبۡكُم بِهِ ٱللَّهُۖ فَيَغۡفِرُ لِمَن يَشَآءُ وَيُعَذِّبُ مَن يَشَآءُۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ ٢٨٤

Lillāhi mā fis-samāwāti wamā fil-ardi wa in tubdū mā fī anfusikum aw tukhfūhu yuhāsibkum bihillāhu fayaghfiru liman yashā'u wayu'addhibu man yashā'u wallāhu 'alā kulli shay'in qadīr

Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Siz içinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də, Allah buna görə sizi hesaba çəkəcəkdir. O, istədiyini bağışlayar, istədiyinə də, əzab verər. Allah hər şeyə qadirdir.

Təfsir

Göylərdə və yerdə nə varsa, onları xəlq etmək, onlara sahib olmaq və onları idarə etmək tək Alla­ha məxsusdur. Qəlbiniz­də ola­nı üzə çı­xarsanız da, giz­lət­sə­niz də, Allah onu bilir və buna görə si­zi he­saba çə­kə­cəkdir. O, bundan sonra istə­diyi­ni lütfü və rəhməti ilə ba­ğış­layar, istədiyinə də, ədaləti və hikməti ilə əzab verər. Allah hər şe­yə qadirdir!