Al-Baqarah surəsi, ayə 283

2:283

۞ وَإِن كُنتُمۡ عَلَىٰ سَفَرٖ وَلَمۡ تَجِدُواْ كَاتِبٗا فَرِهَٰنٞ مَّقۡبُوضَةٞۖ فَإِنۡ أَمِنَ بَعۡضُكُم بَعۡضٗا فَلۡيُؤَدِّ ٱلَّذِي ٱؤۡتُمِنَ أَمَٰنَتَهُۥ وَلۡيَتَّقِ ٱللَّهَ رَبَّهُۥۗ وَلَا تَكۡتُمُواْ ٱلشَّهَٰدَةَۚ وَمَن يَكۡتُمۡهَا فَإِنَّهُۥٓ ءَاثِمٞ قَلۡبُهُۥۗ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ عَلِيمٞ ٢٨٣

Wa in kuntum 'alā safarin walam tajidū kātiban farihānum maqbūdatun fa in amina ba'dukum ba'dan falyu'addil-ladhi'tumina amānatahū walyattaqillāha rabbahū walā taktumush-shahādata waman yaktumhā fa innahū āthimun qalbuhū wallāhu bimā ta'malūna 'alīm

Əgər səfərdə olduqda katib tapmasanız, (borc yiyəsi yanında) girov saxlanılmalıdır. Əgər sizlərdən biri digərinə etibar edirsə, qoy etibar olunmuş kəs (ona verilmiş) əmanəti qaytarsın və Rəbbi olan Allahdan qorxsun. Şahidliyi gizlətməyin! Kim onu gizlədirsə, şübhəsiz ki, onun qəlbi günahkardır. Allah nə etdiklərinizi bilir.

Təfsir

Əgər siz müsafir olduğunuz vaxt borc vəsiqəsini yazdırmağa katib tapmasanız, borclu olan şəxsin borc sahibinə girov verməsi yetərlidir. Beləliklə o girov, borc sahibi malını, borclu olan insandan alana qədər malının məninatçısı olar. Əgər sizlərdən biri digə­rinə eti­bar edirsə, bu zaman borcu yazmaq, şahid tutmaq və ya girov almaq lazim deyil və bu halda borc, borclu olan insanın üzərində əmanətdir və borcu sahibinə qaytarması vacibdir. Etibar olun­muş kəs bu əmanətə görə Allahdan qorx­sun və ondan heç bir şeyi inkar etməsin. Əgər borclu olan insan əmanəti inkar edərsə, bu zaman şahidlik edən şəxs, etdiyi şəhadəti əda etməlidir və şahidliyi gizlətməsi isə caiz deyildir. Kim onu giz­lə­dirsə, şübhəsiz ki, onun qəlbi gü­nah­kardır. Allah nə etdik­ləri­nizi bilir, Ona heç bir şey gizli qalmaz və O, sizin əməllərinizin əvəzini verəcəkdir.