إِن تُبۡدُواْ ٱلصَّدَقَٰتِ فَنِعِمَّا هِيَۖ وَإِن تُخۡفُوهَا وَتُؤۡتُوهَا ٱلۡفُقَرَآءَ فَهُوَ خَيۡرٞ لَّكُمۡۚ وَيُكَفِّرُ عَنكُم مِّن سَيِّـَٔاتِكُمۡۗ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ خَبِيرٞ ٢٧١
In tubdus-sadaqāti fani'immā hiya wa in tukhfūhā watu'tūhal-fuqarā'a fahuwa khayrul lakum wayukaffiru 'ankum min sayyi'ātikum wallāhu bimā ta'malūna khabīr
Sədəqələri aşkarda versəniz, bu çox gözəl olar. Əgər onu yoxsullara gizlində versəniz, bu sizin üçün daha xeyirli olar. Allah sizin bəzi günahlarınızdan keçər. Allah nə etdiklərinizdən xəbərdardır.
Təfsir
Malınızdan sədəqə verdikdə onu aşkar verməyiniz necə də gözəldir. Əgər onu yoxsullara gizlində versəniz, bu sizin üçün aşkar verməkdən daha xeyirli olar. Çünki gizli sədəqə vermək ixlasa daha yaxındır. İxlas əhlinin sədəqələri, onların günahlarının üstünü örtməsinə və onların bağışlanmnasına səbəbdir. Allah nə etdiklərinizdən xəbərdardır və əməllərinizdən heç bir şey Ona gizli qalmaz.