Al-Baqarah surəsi, ayə 267

2:267

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ أَنفِقُواْ مِن طَيِّبَٰتِ مَا كَسَبۡتُمۡ وَمِمَّآ أَخۡرَجۡنَا لَكُم مِّنَ ٱلۡأَرۡضِۖ وَلَا تَيَمَّمُواْ ٱلۡخَبِيثَ مِنۡهُ تُنفِقُونَ وَلَسۡتُم بِـَٔاخِذِيهِ إِلَّآ أَن تُغۡمِضُواْ فِيهِۚ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ غَنِيٌّ حَمِيدٌ ٢٦٧

Yā'ayyuhal-ladhīna āmanū anfiqū min tayyibāti mā kasabtum wamimmā akhrajnā lakum minal-ardi walā tayammamul-khabītha minhu tunfiqūna walastum bi'ākhidhīhi illā an tughmidū fīhi wa'lamū annallāha ghaniyyun hamīd

Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan çıxartdığımız şeylərin yaxşısından (Allah yolunda) xərcləyin. Özünüzə verildikdə, ancaq göz yumub aldığınız pis şeylərdən xərcləməyə çalışmayın. Bilin ki, Allah zəngindir, tərifəlayiqdir.

Təfsir

Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Qa­zan­­dığı­nız pak, halal maldan və sizin üçün tor­paq­dan çıxartdığımız yer bitkilərindən Allah yolunda xərc­ləyin. Əgər sizə verilsəydi, pisliyinə görə yalnız göz yumub ala­ca­ğınız pis şeylər­dən xərc­lə­mə­yə çalışma­yın. Məgər özünüzə razı olmadığınız bir şeyi Allah üçünmü razı olursunuz?! Bilin ki, Allah, sizin xərclədiklərinizdən zəngin­dir və O, zatında və işlərinə tərifə­la­yiq­dir.