أَيَوَدُّ أَحَدُكُمۡ أَن تَكُونَ لَهُۥ جَنَّةٞ مِّن نَّخِيلٖ وَأَعۡنَابٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ لَهُۥ فِيهَا مِن كُلِّ ٱلثَّمَرَٰتِ وَأَصَابَهُ ٱلۡكِبَرُ وَلَهُۥ ذُرِّيَّةٞ ضُعَفَآءُ فَأَصَابَهَآ إِعۡصَارٞ فِيهِ نَارٞ فَٱحۡتَرَقَتۡۗ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمُ ٱلۡأٓيَٰتِ لَعَلَّكُمۡ تَتَفَكَّرُونَ ٢٦٦
Ayawaddu ahadukum an takūna lahū jannatum min nakhīlin wa a'nābin tajrī min tahtihal-anhāru lahū fīhā min kullith-thamarāti wa asābahul-kibaru walahū dhurriyyatun du'afā'u fa asābahā i'sārun fīhi nārun fahtaraqat kadhālika yubayyinullāhu lakumul-āyāti la'allakum tatafakkarūn
Məgər sizlərdən biri istəyərmi ki, onun xurma ağaclarından və üzümlüklərdən ibarət, (ağacları və qəsrləri) altından çaylar axan və içində onun üçün hər cür meyvələr olan bir bağı olsun, (sonra da) ona qocalıq üz verdiyi zaman, özünün də, (o bağa) möhtac olan uşaqları olduğu halda, (bu bağa) odlu bir qasırğa düşüb (onu) yandırsın? Allah ayələri sizə belə bəyan edir ki, bəlkə fikirləşəsiniz.
Təfsir
Məgər sizlərdən biri istəyərmi ki, onun xurma və üzüm ağaclarından ibarət, ağacları altından şirin sular axan və içində onun üçün hər cür gözəl meyvələr olan bir bostanı olsun, sonra da o, qocalıb yaşa dolduqda heç bir işə qadir olmadığı zaman, özünün də, zəif, kişik və iş qabiliyyəti olmayan uşaqları olduğu halda, o, həm qocalığına və uşaqlarının kiçik olduğuna görə, həmən ki, onun bağa böyük ehtiyacı olduğu bir vaxta, bağa şiddətli odlu bir külək düşüb bütün bostanı yandırsın?! Malını insanların görməsi üçün xərcləyənin misalı da bu insanın misalına bənzəyir. Belə insan, qiyamət günü savaba daha çox möhtac olduğu vaxt o, Allahın qarşısına heç bir savabı olmadan gələcəkdir. Allah belə bir açıq-aydın bəyanla dünya və axirətdə sizə fayda verən şeyləri izah edir ki, bəlkə bu haqqda fikirləşəsiniz.