وَمَثَلُ ٱلَّذِينَ يُنفِقُونَ أَمۡوَٰلَهُمُ ٱبۡتِغَآءَ مَرۡضَاتِ ٱللَّهِ وَتَثۡبِيتٗا مِّنۡ أَنفُسِهِمۡ كَمَثَلِ جَنَّةِۭ بِرَبۡوَةٍ أَصَابَهَا وَابِلٞ فَـَٔاتَتۡ أُكُلَهَا ضِعۡفَيۡنِ فَإِن لَّمۡ يُصِبۡهَا وَابِلٞ فَطَلّٞۗ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرٌ ٢٦٥
Wamathalul-ladhīna yunfiqūna amwālahumubtighā'a mardātillāhi watathbītam min anfusihim kamathali jannati birabwatin asābahā wābilun fa'ātat ukulahā di'fayni fa il lam yusibhā wābilun fatallun wallāhu bimā ta'malūna basīr
Mallarını Allahın razılığını qazanmaq və nəfslərini möhkəmləndirmək üçün xərcləyənlərin məsəli təpə üzərindəki bağın məsəlinə bənzəyir ki, ona bol yağış düşdükdən sonra o öz bəhrəsini iki qat verər. Yox, əgər ona şiddətli yağış düşməzsə, narın yağış da (bəs edər). Allah sizin nə etdiklərinizi görür.
Təfsir
Mallarını Allahın razılığını qazanmaq üçün və Allahın vədinə inanaraq rahaq qəlblə, könül xoşluqu ilə xərcləyən möminlərin misalı münbit hündür bir yerdə olan bostanın misalına bənzəyir ki, ona şiddətli yağış düşdükdən sonra o öz bəhrəsini iki qat verər. Yox, əgər ona şiddətli yağış düşməzsə, zərf yağış da düşsə yerin münbit olduğuna görə bu da bəs edər. İxlasla malını Allah yolunda xərcləyənlərin də misalı belədir, Allah onların, Allah üçün xərclədiklərini qəbul edər, hətta xərclədikləri az bir şey olsa da belə onun savabını onlar üçün qat-qat artırar. Allah sizin nə etdiklərinizi görür. Mallarını ixlasla və insalara göstərmək üçün xərcləyən kimsələrin halı Allaha gizli qalmaz və O, hər bir kimsənin etdiyi əməlin müqabilini verəcəkdir.