Al-Baqarah surəsi, ayə 247

2:247

وَقَالَ لَهُمۡ نَبِيُّهُمۡ إِنَّ ٱللَّهَ قَدۡ بَعَثَ لَكُمۡ طَالُوتَ مَلِكٗاۚ قَالُوٓاْ أَنَّىٰ يَكُونُ لَهُ ٱلۡمُلۡكُ عَلَيۡنَا وَنَحۡنُ أَحَقُّ بِٱلۡمُلۡكِ مِنۡهُ وَلَمۡ يُؤۡتَ سَعَةٗ مِّنَ ٱلۡمَالِۚ قَالَ إِنَّ ٱللَّهَ ٱصۡطَفَىٰهُ عَلَيۡكُمۡ وَزَادَهُۥ بَسۡطَةٗ فِي ٱلۡعِلۡمِ وَٱلۡجِسۡمِۖ وَٱللَّهُ يُؤۡتِي مُلۡكَهُۥ مَن يَشَآءُۚ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٞ ٢٤٧

Waqāla lahum nabiyyuhum innallāha qad ba'atha lakum tālūta malikan qālū annā yakūnu lahul-mulku 'alaynā wanahnu ahaqqu bil-mulki minhu walam yu'ta sa'atam minal-māli qāla innallāhastafāhu 'alaykum wazādahū bastatan fil-'ilmi wal-jismi wallāhu yu'tī mulkahū man yashā'u wallāhu wāsi'un 'alīm

Peyğəmbərləri onlara dedi: “Allah Talutu sizə hökmdar göndərdi!” Onlar dedilər: “O, necə bizə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha layiqik və ona çoxlu sərvət verilməmişdir?” O dedi: “Allah sizin üzərinizə onu (hökmdar) seçdi, elm və bədəncə ona üstünlük verdi. Allah Öz mülkünü istədiyi kəsə verir. Allahın (lütfü) genişdir, O (hər şeyi) biləndir”.

Təfsir

Peyğəmbərləri onlara dedi: "Allah Talutu onun bayrağı altında vuruşmanız üçün sizə hökmdar təyin etdi!". Onlardan əsil-nəcabətli olanlar, peyğəmbərlərinin bu seçiminə üz çevirib, inkar edərək dedilər: "O bizim üzərimizdə necə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha çox layiqik, çünki o, hökümdar övladı deyildir və ona hökümdar olması üçün heç böyük var-dövlət də verilməmişdir". Bu zaman Peyğəmbərləri onlara dedi: "Allah onu sizin üzərinizə hökmdar seçdi və elm və bədəncə sizdən üstün etdi. Allah Öz mülkünü hikməti və rəhməti ilə istədiyi kəsə verir. Allahın lütfü genişdir və bu lütfü istədiyinə bəxş edir və insanlardan buna kimin layiq olduğunu da bilir.