وَقَالَ لَهُمۡ نَبِيُّهُمۡ إِنَّ ءَايَةَ مُلۡكِهِۦٓ أَن يَأۡتِيَكُمُ ٱلتَّابُوتُ فِيهِ سَكِينَةٞ مِّن رَّبِّكُمۡ وَبَقِيَّةٞ مِّمَّا تَرَكَ ءَالُ مُوسَىٰ وَءَالُ هَٰرُونَ تَحۡمِلُهُ ٱلۡمَلَٰٓئِكَةُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لَّكُمۡ إِن كُنتُم مُّؤۡمِنِينَ ٢٤٨
Waqāla lahum nabiyyuhum inna āyata mulkihī an ya'tiyakumut-tābūtu fīhi sakīnatum mir rabbikum wabaqiyyatum mimmā taraka ālu mūsā wa ālu hārūna tahmiluhul-malā'ikatu inna fī dhālika la'āyatal lakum in kuntum mu'minīn
Peyğəmbərləri onlara dedi: “Onun hökmdarlığının əlaməti sizə bir sandığın gəlməsidir. Onun içində, Rəbbinizdən bir təskinlik, Musa və Harun ailəsindən qalan (bəzi) şeylər vardır. Onu mələklər gətirəcəkdir. Əgər möminsinizsə, şübhəsiz ki, bunda sizin üçün bir dəlil vardır”.
Təfsir
Peyğəmbərləri onlara dedi: "Allahın onu sizin üzərinizdə hökmdar seçməsinin doğruluğunun əlaməti, Allahın, sizə içərisində bir rahatlıq olan tabutu - bu, İsrail oğullarından alınmış böyük bir sandığ idi - qaytarmasıdır. Bu tabutun içərisində, Musa və Harun ailəsinin qoyduğu, əsa və Tövratın bəzi lövhələri kimi qalıqlar var idi. Əgər siz həqiqətən möminsinizsə, bunda sizin üçün açıq-aydın əlamət vardır.