Al-Baqarah surəsi, ayə 246

2:246

أَلَمۡ تَرَ إِلَى ٱلۡمَلَإِ مِنۢ بَنِيٓ إِسۡرَٰٓءِيلَ مِنۢ بَعۡدِ مُوسَىٰٓ إِذۡ قَالُواْ لِنَبِيّٖ لَّهُمُ ٱبۡعَثۡ لَنَا مَلِكٗا نُّقَٰتِلۡ فِي سَبِيلِ ٱللَّهِۖ قَالَ هَلۡ عَسَيۡتُمۡ إِن كُتِبَ عَلَيۡكُمُ ٱلۡقِتَالُ أَلَّا تُقَٰتِلُواْۖ قَالُواْ وَمَا لَنَآ أَلَّا نُقَٰتِلَ فِي سَبِيلِ ٱللَّهِ وَقَدۡ أُخۡرِجۡنَا مِن دِيَٰرِنَا وَأَبۡنَآئِنَاۖ فَلَمَّا كُتِبَ عَلَيۡهِمُ ٱلۡقِتَالُ تَوَلَّوۡاْ إِلَّا قَلِيلٗا مِّنۡهُمۡۚ وَٱللَّهُ عَلِيمُۢ بِٱلظَّٰلِمِينَ ٢٤٦

Alam tara ilal-mala'i mim banī isrā'īla mim ba'di mūsā idh qālū linabiyyil lahumub'ath lanā malikan nuqātil fī sabīlillāhi qāla hal 'asaytum in kutiba 'alaykumul-qitālu allā tuqātilū qālū wamā lanā allā nuqātila fī sabīlillāhi waqad ukhrijnā min diyārinā wa abnā'inā falammā kutiba 'alayhimul-qitālu tawallaw illā qalīlam minhum wallāhu 'alīmu biz-zālimīn

Musadan sonra İsrail oğullarından olan əyanların başına gələnləri bilmirsənmi? O zaman onlar özlərinə (göndərilmiş) peyğəmbərə dedilər: “Bizə bir hökmdar təyin et ki, Allah yolunda döyüşək!” O dedi: “Sizə döyüş vacib edildikdə, ola ilsin ki, döyüşmədiniz?” Onlar dedilər: “Niyə Allah yolunda döyüşməyək ki, biz yurdumuzdan çıxarıldıq, övladlarımızdan ayrıldıq?!” Döyüşmək onlara vacib edildikdə isə onlardan az bir qismi istisna olmaqla (hamısı döyüşdən) üz çevirdi. Allah zalımları yaxşı tanıyır.

Təfsir

Ey Peyğəmbər! Məgər Musadan - aleyhissəlam - sonra İsrail oğullarından əsil-nəcabətli insanların xəbəri sənə gəlib çatmadımı?! O zaman onlar öz peyğəmbərlərinə dedilər: "Bizə elə bir hökmdar təyin et ki, biz də onunla birğə Allah yolunda vuruşaq!" O da onlara belə dedi: "Allah sizə vuruşmaqı vacib etsə, ola bilsin ki, vuruşmayasınız?" Onlar peyğəmbərlərinin özləri barədə bu zənninə inkar edərək dedilər: "Bizə Allah yolunda vuruşmaqa mane olan nədir ki, artıq vuruşmaqı tələb edən səbəblər də vardır?. Çünki düşmənlərimiz bizi vətənimizdən çıxarmış və övladlarımızı da əsir almışdır, elə isə biz, vətənimizi və övladlarımızı onlardan xilas etmək üçün vuruşmalıyıq". Amma Allah vuruşmaqı onlara vacib edildikdə isə onlardan az bir qismi istisna olmaqla hamısı döyüşdən üz çevirdib, verdikləri əhdi yerinə yetirmədilər. Allah, Onun əmrindən üz çevirən, əhdini pozan zalımları tanıyır və onların etdikləri əməllərin müqabilini verəcəkdir.