لَّا جُنَاحَ عَلَيۡكُمۡ إِن طَلَّقۡتُمُ ٱلنِّسَآءَ مَا لَمۡ تَمَسُّوهُنَّ أَوۡ تَفۡرِضُواْ لَهُنَّ فَرِيضَةٗۚ وَمَتِّعُوهُنَّ عَلَى ٱلۡمُوسِعِ قَدَرُهُۥ وَعَلَى ٱلۡمُقۡتِرِ قَدَرُهُۥ مَتَٰعَۢا بِٱلۡمَعۡرُوفِۖ حَقًّا عَلَى ٱلۡمُحۡسِنِينَ ٢٣٦
Llā junāha 'alaykum in tallaqtumun-nisā'a mā lam tamassūhunna aw tafridū lahunna farīdatan wamatti'ūhunna 'alal-mūsi'i qadaruhū wa'alal-muqtiri qadaruhū matā'ā bil-ma'rūfi haqqan 'alal-muhsinīn
Yaxınlıq etmədiyiniz və mehrini təyin etmədiyiniz qadınları boşamanızda sizə heç bir günah yoxdur. Belə olduğu təqqdirdə onlara pay verin – varlı öz imkanına görə, kasıb da öz imkanına görə, (şəriətə) müvafiq qayda üzrə pay versin. Bu, yaxşılıq edənlər üçün bir borcdur.
Təfsir
Nikah bağladıqdan sonra cinsi əladəqdə olmadan və müəyyən bir mehr təyin etmədiyinizdən əvvəl zövcələrinizi boşasanız, sizə heç bir günah gəlməz. Əgər onları bu halda boşamalı olsanız, onlara mehr verməniz vacib deyildir. Vacib olan isə, onların könülünü almaq üçün, imkan daxilində, əgər kişi varlıdırsa çox mal, əgər kasıbdırsa az mal verməsidir. Bu mal vermək, yaxşılıq edənlərin əməllərində və müamələlərində vacib bir haqqdır.