أَمۡ حَسِبۡتُمۡ أَن تَدۡخُلُواْ ٱلۡجَنَّةَ وَلَمَّا يَأۡتِكُم مَّثَلُ ٱلَّذِينَ خَلَوۡاْ مِن قَبۡلِكُمۖ مَّسَّتۡهُمُ ٱلۡبَأۡسَآءُ وَٱلضَّرَّآءُ وَزُلۡزِلُواْ حَتَّىٰ يَقُولَ ٱلرَّسُولُ وَٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥ مَتَىٰ نَصۡرُ ٱللَّهِۗ أَلَآ إِنَّ نَصۡرَ ٱللَّهِ قَرِيبٞ ٢١٤
Am hasibtum an tadkhulul-jannata walammā ya'tikum mathalul-ladhīna khalaw min qablikum massathumul-ba'sā'u wad-darrā'u wazulzilū hattā yaqūlar-rasūlu walladhīna āmanū ma'ahū matā nasrullāhi alā inna nasrallāhi qarīb
Yoxsa siz əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacağınızımı güman edirdiniz? Onlara elə kasıblıq və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta, Peyğəmbər və onunla birlikdə olan möminlər: “Allahın köməyi nə vaxt gələcək?”– dedilər. Bilin ki, Allahın köməyi yaxındır.
Təfsir
Ey Möminlər! Yoxsa elə zənn edirdiniz ki, sizdən əvvəlkilərin başına gələn bəlalar sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə yoxsulluq və xəstəlik üz vermiş, qorxu onları elə titrəmiş, hətta müsübət elə həddə çatmışdır ki, onlar Allahın köməyinin tez bir zaman da gəlməsini gözləyirdilər. Hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: "Allahın köməyi nə vaxt gələcək?"– deyirdilər. Agah olun ki, həqiqətən, Allahın köməyi Ona iman edib yalnız Allaha təvəkkül edənlərə yaxındır.