وَمَثَلُ ٱلَّذِينَ كَفَرُواْ كَمَثَلِ ٱلَّذِي يَنۡعِقُ بِمَا لَا يَسۡمَعُ إِلَّا دُعَآءٗ وَنِدَآءٗۚ صُمُّۢ بُكۡمٌ عُمۡيٞ فَهُمۡ لَا يَعۡقِلُونَ ١٧١
Wamathalul-ladhīna kafarū kamathalil-ladhī yan'iqu bimā lā yasma'u illā du'ā'an wanidā'an summu bukmun 'umyun fahum lā ya'qilūn
Kafirlərin (və onları haqqa çağıran kimsənin) məsəli, çığırtı və bağırtıdan başqa bir şey anlamayanları (heyvanları) haylayan (çobanın) məsəlinə bənzəyir. (Onlar) kar, lal və kordurlar. Odur ki, (haqqı) anlamazlar.
Təfsir
Ata-babalarının ardınca gedən kafirlərin məsəli heyvanların haylayanın hevyanları isə onun səsini eşidib, nə dediyini anlamayan çobanın məsəlinə bənzəyir. Onlar haqqı eşidməkdən kardırlar, haqqı eşidib ondan faydalana bilməzlər, dilləri də haqq kəlməsini deməkdən laldır və haqqı görməkdən də gözləri kordurlar. Elə buna görə də siz onları dəvət etdidyiz doğru yolu anlamazlar.