يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ كُلُواْ مِن طَيِّبَٰتِ مَا رَزَقۡنَٰكُمۡ وَٱشۡكُرُواْ لِلَّهِ إِن كُنتُمۡ إِيَّاهُ تَعۡبُدُونَ ١٧٢
Yā'ayyuhal-ladhīna āmanū kulū min tayyibāti mā razaqnākum washkurū lillāhi in kuntum iyyāhu ta'budūn
Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin təmiz olanından yeyin! Əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin!
Təfsir
Ey Allaha iman gətirib, Onun rəsuluna tabe olan kimsələr! Allahın sizə verdiyimiz təmiz və halal ruzilərdən yeyin! Allahın sizlərə bəxş etdiyi zahiri və batini nemətlərə görə Ona şükür edin! Uca Allahın sevdiyi əməlləri etməniz də və Ona asi olan əməllərdən də uzaq durmanız da Ona olan şükürdəndir! Əgər siz həqiqətən tək Allaha ibadət edib və Ona heç bir şeyi şərik qoşmursunuzsa!